Mayın 6-dan Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılır. Bu barədə Trend məlumat yayıb.
Bu gündən tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat da mümkün olacaq.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna mayın 4-dən start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır və qeydiyyat sentyabrın 14-də başa çatacaq.