Belarusun Baş naziri Roman Qolovçenko mayın 18-də Azərbaycana iki günlük işgüzar səfər edəcək. Bu barədə BelTA məlumat yayıb.
Proqrama ölkə rəhbərliyi ilə görüşlər, Gəncə Avtomobil Zavoduna, “Caspian Agro” və “Inter Food” beynəlxalq sərgilərinə, “İqlim” istehsalat müəssisəsinə səfərlər daxildir.
Bundan başqa, Belarus və Azərbaycanın biznes dairələrinin işgüzar görüşü də keçiriləcək.