Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu haqda APA məlumat yayıb.
Üçtərəfli görüş mayın 22-də Brüsseldə baş tutacaq.
Qeyd edək ki, sonuncu dəfə tərəflər aprelin 6-da Brüsseldə görüşüb. Liderlər humanitar məsələlərə toxunub, məhbusların azad edilməsinin və itkin düşmüş şəxslərin probleminin həllinin vacibliyini vurğulayıblar.
Onlar, həmçinin Cənubi Qafqazda kommunikasiya infrastrukturunun bərpasını müzakirə ediblər.