Bu günə qədər Azərbaycanda sahələrdən 150 min tona yaxın pambıq yığılaraq tədarük məntəqələrinə təhvil verilib. Bu barədə oktyabrın 21-də Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Məlumata görə, bu il fermerlər 100 min hektardan artıq sahədə pambıq əkini aparıblar.
Bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla onun məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb.
Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alınırdısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir.