2022-ci ildə 40 min hektar ərazi minalardan təmizlənəcək. APA-nın yaydığı məlumata əsasən, bunu Milli Məclisin martın 15-də keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
Bildirilib ki, ötən il 20 min hektardan çox ərazidə minalar zərərsizləşdirilib. Onun sözlərinə əsasən, azad olunmuş torpaqlarda 100 min hektar ərazidə əkin işləri aparılacaq.