Azərbaycanda 2022-ci il ərzində 90 uşaq övladlığa verilib. Bu haqda mayın 13-də Report xəbər verib.
2019-cu ilin noyabr ayının 1-dən bu günədək 238 uşaq övladlığa verilib. Onlardan 123 nəfər oğlan, 115 nəfər isə qızdır.
Övladlığa götürülənlərin 148-i 0-3 yaşda, 70-i 4-11 yaşda, 20-i isə 12-18 yaşda olub.
Bununla yanaşı, sözügedən dövrdə qeydə alınan övladlığagötürmə ilə bağlı müraciətlərin 101-i nənə və babalarındır. Həmin müraciətlərdən 61-nə müsbət rəy, 31-nə isə imtina cavabı verilib.