Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov dekabrın 8-də “APA”nın sorğusuna cavab olaraq bildirib ki, bu il ərzində Avropadan 389 şəxs ölkəyə geri qaytarılıb.
O qeyd edib ki, həmin şəxslər “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində ölkəyə qaytarılıb.