İşğaldan azad edilmiş ərazilərdə 2022-ci ildə 18 layihənin və 5 avtomobil yolunun başa çatdırılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu haqda Milli Məclisin iyunun 22-də keçirilən iclasında bildirilib.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün bu il dövlət büdcəsindən əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması təklif edilir.
Bundan əvvəl həmin ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.