Bu ilin 1 may tarixinədək 628 milyon ton Azərbaycan nefti ixrac olunub. Bunu Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə söyləyib. Bu haqda 3 may tarixində APA xəbər verib.
X.Yusifzadə bildirib ki, ixrac edilmiş neftin 458 milyon tonu Bakı-Tbilisi-Ceyhan kəmərinin payına düşüb.
Birinci vitse-prezidentin sözlərinə əsasən, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan 553 milyon ton neft hasil edilib.