Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 744 milyon dollar dəyərində 55 199 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. Bu barədə 18 oktyabr tarixində Dövlət Gömrük Komitəsi məlumat verib.
Ötən ilin eyni dövrü ilə müqayisədə idxal edilən avtomobillərin dəyəri 12,8% artsa da, sayı 15% azalıb.
Bu dövrdə idxal edilən minik avtomobillərinin sayı 51 055 ədəd, hibrid mühərrikli avtomobillərin sayı 8 999 ədəd təşkil edib. Elektrik mühərrikli avtomobillərin sayı isə ötən illin eyni övrü ilə müqayisədə 3 dəfədən çox artaraq 301 ədəd təşkil edib.