Bu ilin 8 ayı ərzində ölkə üzrə 29 334 nəfər heyvan dişləməsi, cırmaqlaması, tüpürcəkləməsinə məruz qalıb. Bu barədə 28 sentyabr tarixində Report Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə istinadən məlumat verib.
Hadisələrdən 7 034-ü Bakıda baş verib.
Qeyd olunub ki, həmin şəxslərdən 13 554-ü məlum it, 9 411-i naməlum it, 5 228-i pişik, 446-sı siçovul, 695-i isə digər heyvanlar tərəfindən zədələnməyə məruz qalanlardır.
Ölkə üzrə 2 quduzluq hadisəsi qeydə alınıb və hər iki hadisə ölümlə nəticələnib.