Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 110 800 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsi xəbər yayıb.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur.
Məlumata görə, ölkə vətəndaşlarının 47,3 %-i Türkiyəyə, 17,7 %-i Rusiyaya, 11,1 %-i İrana, 8,5 %-i Gürcüstana, 15,4 %-i digər ölkələrə səfər ediblər.
Gedənlərin 64,1 %-ni kişilər, 35,9 %-ni qadınlar təşkil edib.