Cari ilin 11 ayı ərzində Bakıda sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsinin idarə olunması üzrə 1 300-ə yaxın fakt aşkarlanıb. Bunu dekabrın 7-də “Oxu.Az”a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru deyib.
O bildirib ki, sürücülük hüququ olmadan avtomobil idarə edən şəxslər tərəfindən törədilən 39 yol-nəqliyyat hadisəsində 18 nəfər həyatını itirib, 29 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə olunur. Əgər törədilən qayda pozuntusu il ərzində təkrarlanarsa, 200 manat məbləğində cərimə tətbiq olunur.