Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 81 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.
7 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub (71, 88, 172, 133, 205, 307, 333). Hövsan, Binə, Xocasən qəsəbələri, Yeni Yasamal Yaşayış Massivində 4 yeni məktəbin tikintisi tamamlanıb.
Binə qəsəbəsi Bolluq yaşayış massivi, Binə qəsəbəsi Atıcılıq yaşayış massivi, Binəqədi rayonu və Kürdəxanı qəsəbəsində isə 4 yeni məktəbin tikintisi davam etdirilir.
Həmçinin 3 məktəbdə (35, 87, 263) köhnə korpusların sökülərək yenidən tikintisi, 2 məktəbdə isə (126, 320) bərpa-gücləndirilmə və əsaslı təmir işləri aparılır.