2022-ci ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 10,1 milyard manatdan çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% çoxdur. Bu barədə məlumat Bakı Statistika Komitəsinin son hesabatında əks olunub.
Məlumata əsasən, bunun 5,1 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına, 5 milyard manata yaxın olan hissəsi isə qeyri-ərzaq məhsullarının alınmasına xərclənib.
Bu, ötən ilin ilk 5 ayı ilə müqayisədə müvafiq olaraq 4,1% və 4,5% çoxdur.