2021-2022-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 470 517 şagird təhsil alıb. Bu barədə 8 iyun tarixində İdarənin rəsmi səhifəsində məlumat yerləşdirilib.
Məlumata əsasən, Bakı məktəblərində 29 115 müəllim fəaliyyət göstərir. Ümumi təhsil məktəblərinin IX siniflərini 35 100, XI siniflərini 23 505, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər bitirir.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 320 məktəb, 338 məktəbəqədər təhsil müəssisəsi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.