Cari ilin yanvar-may ayları ərzində "Bakı Metropoliteni" 81 milyondan çox sərnişin daşıyıb. Bu, illik müqayisədə 230,6 dəfə çoxdur. Məlumat Dövlət Statistika Komitəsinin 17 iyun tarixli hesabatında əks olunub.
Ötən ilin müvafiq dövründə isə həmin göstərici 354 min nəfər təşkil edib.
Qeyd edək ki, sözügedən ictimai nəqliyyat vasitəsi 2020-2021-ci illərdə koronavirus pandemiyasına görə fəaliyyət göstərməyib. Bu da daşınmaların həcminə təsir edib.