Azərbaycanın builki icmal büdcəsində 7 milyard manatdan çox qalıq yaranıb. Bu barədə oktyabrın 21-də Maliyyə Nazirliyi məlumat yayıb.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 29 milyard 719,8 milyon manat, xərcləri isə 22 milyard 569,6 milyon manat təşkil edib.
Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,1 % və 16 % çoxdur.
Belə ki, icmal büdcədə 7 milyard 150,2 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2 dəfə çoxdur.