2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 55% artaraq 5,03 milyard manat təşkil edib. Proqnoz 151% icra edilib. Bu haqda 6 may tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.
Qeyri-neft-qaz sektoru üzrə isə vergi daxilolmaları 50% artaraq 3,43 milyard manat olub. Proqnoz 134% yerinə yetirilib.
Ölkə iqtisadiyyatının bərpası prosesinin sürətləndirilməsi və vətəndaşlarımızın rifahının daha da yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin (@presidentaz) rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsi olaraq #dövlətbüdcəsi-nə vergi daxilolmalarında növbəti
1/4
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 6, 2022