Cari ilin ilk 5 ayı ərzində sahibkarlara 43,7 milyon manat güzəştli kredit verilib. Bu barədə 14 iyun tarixində Sahibkarlığın İnkişafı Fondunun Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, kreditlər 1 226 layihənin maliyyələşdirilməsinə ayrılıb. Məbləğ üzrə kreditlərin 4,6%-i Bakı şəhərində, 95,4%-i digər regionlarda fəaliyyət göstərən sahibkarlara verilib. Həmin kreditlər hesabına 1 016 iş yerinin açılması nəzərdə tutulub.
Qeyd edək ki, ötən ilin eyni dövrü ərzində Fond tərəfindən 339 layihənin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit ayrılmışdır.