Azərbaycanda 2021-ci ilin ilk 11 ayı ərzində əhali ərzaq məhsullarına 18 milyard manatdan çox pul xərcləyib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 10 noyabr tarixindəki hesabatında əks olunub.
Hesabata əsasən, əhali noyabr ayı ərzində 1,9 milyard manat xərcləyib. Bu isə günə 65 milyon manatın xərclənməsi deməkdir.
Cari ilin yanvar-noyabr aylarında sözügedən məhsullara xərclənən vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 49%-i təşkil edib.