Bugün, dekabrın 13-də Bakıda Azərbaycan-Gürcüstan biznes forumu işə başlayır. Bu barədə Report xəbər verib.
İki gün davam edəcək tədbirdə regional iqtisadi layihələrin perspektivləri, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi, sərmayə qoyuluşu və s. məsələlər müzakirə ediləcək.
Forumda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava da iştirak edəcək.