Bakıda və Abşeron yarımadasında dekabrın 9-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq.
Rayonlarda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lənkəran və Astara zonasında isə az yağış yağacağı ehtimalı var və şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10°, gündüz 13-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.