Bugünədək 40 şəhidin ailə üzvü, 15 qazi “ASAN Xidmət”də işlə təmin edilib. Bunu dekabrın 8-də sözügedən qurumun sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, 4 700 nəfərdən çox şəhid və qazinin ailə üzvləri "ASAN Xidmət"də növbədənkənar xidmətlərdən yararlanıblar: “İndiyədək “YAŞAT” Fonduna 65 milyon manat ianə olunub. Onlardan 50 milyon manat müxtəlif istiqamətlər üzrə xərclənib”.