Bakının Bülbül prospekti 18-30 ünvanında səki tam bərpa edilib. Bununla bağlı Report məlumat verib.
Məlumata əsasən, sözügedən ərazidə yenidən ağac əkiləcək.
Qeyd edək ki, həmin küçədə ağacların kəsilib yerində parkinq yaradılması ilə bağlı məlumat yayılmışdır. Məlum olmuşdur ki, qanunsuz parklanma Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradılmışdır.
Bildirək ki, Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5 000 manat məbləğində cərimələnib.