Paytaxtın Dənizkənarı Bulvarında Xəzər dənizinin çirkləndirildiyini əks etdirən videogörüntülərlə bağlı münasibət bildirilib. Bu haqda iyunun 10-da Report “Azərsu” ASC-nin nümayəndəsi Xalid Abbasova istinadən xəbər yayıb.
Onun sözlərinə görə, qurum videogörüntülər barədə məlumatlıdır.
“Əraziyə baxış keçirilib və məsələ araşdırılıb. Həmin axıntılar qrunt sularıdır. Çirkli təsərrüfat məişət suları deyil. Laboratoriya nətiəcələri də var”, - deyə nümayəndə vurğulayıb.