Ölmüş dölü Buzovna qəsəbəsindəki bağ evlərindən birinin həyətinə ataraq qaçan 39 yaşlı qadın saxlanılıb. Bu barədə Report məlumat verib.
Faktla bağlı araşdırma davam edir.
***
10:30
Bakının Buzovna qəsəbəsi sakininə məxsus bağ evinin həyətində döl tapılıb. Bu haqda mayın 13-də Qafqazinfo xəbər paylaşıb.
Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş 24-25 həftəlik dölün həyətə kim tərəfindən atılması hələ ki müəyyən edilməyib.
Faktla bağlı araşdırma davam edir.