Dekabrın 7-də kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku yarışı start götürüb. Bu haqda Azərtac məlumat yayıb.
Yarış FHN-in “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində keçiriləcək. Ümumilikdə 54 komandadan 343 idmançı qatılıb.
Turnir dekabrın 9-dək davam edəcək.
Karantin rejimi ilə əlaqədar olaraq yarış azarkeşsiz keçirilir.