Cəbrayılda mina partlayışı nəticəsində daha 6 nəfərin xəsarət aldığı məlum olub. Bu barədə iyunun 17-də APA-nın Qarabağ bürosu məlumat yayıb.
Daha öncə Baş Prokurorluğun yaydığı məlumata görə, 31 yaşlı Ruhin Vəliyev piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Hazırda vəziyyəti stabildir.
Digər xəsarət alanlar - Mahir Mustafayev, Samir Gözəlov, Ələsgər Quliyev, Qəhrəman Rzayev, Fərid Cəbrayıllı, Cəlal Babayev xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.