Cəbrayıl rayonunun Qumlaq kəndində iyunun 9-u saat 18:00 radələrində ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report iyunun 10-da Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
“Niva” markalı avtomobil “Great Wall Wingle” markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə “Niva”nın sürücüsü hadisə yerində həlak olub, onun sərnişini və digər sürücü isə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma davam edir.