“Cəfər Cabbarlı” stansiyasının birinci yolunun yenidən qurulmasının üçüncü mərhələsi başlanıb. Bu barədə mayın 6-da Report-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin rəsmisi Bəxtiyar Məmmədov deyib.
Bu mərhələ çərçivəsində stansiya yolu və platformasında, vestibülündə əsaslı təmir işləri aparılacaq. İşlər bir neçə hissədə təşkil olunacaq.