Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib. Bu barədə Report 5 oktyabr tarixində xəbər verir.
Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Nəticədə içməli su yola axıb. Hadisədən sonra "Azərsu" əməkdaşları qəza yerinə cəlb olunublar. Həmin küçəyə suyun verilişi müvəqqəti olaraq dayandırılıb.
Hazırda qəzanın aradan qaldırılması üçün işlər görülür.