Cəlilabadda qadına bıçaqla xəsarətlər yetirərək onu qətlə yetirən şəxsin işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda iyunun 3-də Report xəbər verib.
Hadisə bu ilin martında baş verib. 1966-cı il təvəllüdlü Mehdi Həsənov birgə yaşadıqları mənzildə aralarında yaranan mübahisə zamanı 1973-cü il təvəllüdlü Südabə Həsənovanı bıçaqlayaraq öldürüb.
Həmin şəxs barəsində “qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə” maddəsilə cinayət işi açılıb.