Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 44 günlük Vətən müharibəsinin qazisi Elnur Əliyev Cəlilabad Rayon İcra Hakimiyyəti binasının daxilində özünü yandıraraq intihara cəhd edib.
Bununla bağlı İnsanoid bu gün, 10 iyul tarixində məlumat verir.
25 yaşlı Elnur Əliyev Masallı rayonundan evlənmək məqsədilə qız qaçırıb. Vəziyyətlə razılaşmayan qızın ailəsi Elnurun qızlarını aldatdığını iddia edərək, ondan 1000 manat bir və 10 000 manat da ayrı təzminat tələb edir. Əvvəl razılıq verən qız məhkəmədə Elnurdan şikayətçi olub.
Tutulacağını düşünərək narahat olan Elnur Əliyev 9 iyul saat 11:00 radələrində Cəlilabad Rayon Məşğulluq Xidmətinin qarşısında özünü yandıraraq intihara cəhd edib.
Onun psixoloji durumu da bir qədər stabil olmadığı bildirilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, E.Əliyev aldığı yanıq xəsarətləri ilə Bakıya, 5 saylı Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.
Kürək nahiyəsindən 25 faiz yanıq xəsarəti alan qazinin vəziyyətinin ağır olmadığı, bir neçə gün ərzində müalicəsini yekunlaşdırıb evinə qayıda biləcəyi deyilib.