Cəlilabadda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Həzrət Əliyevin məhkəməsi başlayır.
Report-un məlumatına görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hadisə bu ilin yanvarında Cəlilabad rayonunda qeydə alınıb. Belə ki, H. Əliyev mübahisə zamanı bıçaqla 1997-ci il təvəllüdlü Mirzəxan Gəncəliyevə xəsarətlər yetirib. Yaralı xəstəxanada ölüb.
H. Əliyevə qarşı Cinayət Məcəlləsinin “qəsdən adam öldürməyə cəhd etmə” maddəsilə ittiham irəli sürülüb.