Cəlilabad rayonunun Qarazəncir kəndində ağır yol qəzası baş verib. Bu barədə 25 sentyabr tarixində Report məlumat verib.
Belə ki, "Mercedes" markalı minik avtomobili "KamAZ" markalı yük avtomobilinə çarpılıb.
İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Elşən Həbiyev yanıq xəsarəti alıb.
Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
[gallery columns="2" link="file" size="full" ids="132548,132549"]