“Cənub” Elektrik Stansiyasının 2-ci bloku əsaslı təmir edilib. Bu barədə 17 may tarixində “AzərEnerji” ASC məlumat verib.
Məlumata əsasən, stansiyanın ikinci blokunun buxar və qaz turbinləri, transformatorları, generatorları əsaslı təmir edilərək stansiyanın istismar müddəti uzadılır və “itirilmiş” güclər bərpa olunur.
“Əvvəllər stansiyaların əsaslı təmiri xarici şirkətlər tərəfindən aparılırdısa, “Cənub” Elektrik Stansiyasında bu dəfə aparılan əsaslı təmir işləri əsas etibarı ilə “AzərEnerji”nin yerli mütəxəssisləri tərəfindən həyata keçirilib”, - cəmiyyətin nümayəndəsi bildirib.
Qeyd olunub ki, 2018-ci ildən başlayaraq ölkədəki elektrik stansiyalarında yenidənqurma, təmir və bərpa işləri aparılmaqla 1000 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib.