Cənubi Muğan kanalında suyun səviyyəsi yüksəlib. Bu haqda mayın 10-da Report məlumat yayıb.
Məlumata görə, kanalın Biləsuvar rayonundan keçən hissəsində su əhəmiyyətli şəkildə artıb. Buna səbəb son günlər havaların yağıntılı keçməsi göstərilir.
Qeyd edək ki, son günlər kanalda suyun kəskin azalması problemlər yaradıb. Rayon sakinləri əkin sahələrinin suvarılması və içməli su ilə bağlı problemlər yaşayıb.