Cari ildə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsi nəticəsində 2 243 nəfər işə qəbul olunub. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən 28 dekabr tarixində Report xəbər verib.
Məlumata görə, ümumi 2 343 vakansiya təqdim olunub. Onlardan 721 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1272 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 250 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.