2022-ci ilin ilk 3 ayı ərzində Azərbaycanda 16,5 min yeni iş yerləri açılıb. Bu barədə məlumat 17 may tarixində dərc edilmiş Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.
Məlumata əsasən, iş yerlərinin 81%-i Bakı şəhərində, 0,2%-i Naxçıvanda, 18,8%-i isə digər regionlarda yaradılıb. İş yerlərinin 90%-i qeyri-dövlət sektorunda açılmışdır. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 22,4%-i tikinti, 20,8%-i ticarət, 9,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 47%-i isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Qeyd edək ki, həmin dövr ərzində 1,7 min iş yeri bağlanıb. Bağlanmış iş yerlərinin 46,3%-i qeyri-dövlət sektorunun payına düşüb.