İyunun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yagmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 20-22°, gündüz 27-29° isti olacaq.
Azərbaycanın Şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.