Oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.
Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 19°-dək isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 19-24°, dağlarda gecə 3-6°, gündüz 7-12° isti olacaq.