Mayın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 11-13°, gündüz 16-18° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 20-25° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.