İyunun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraiti, əsasən, yağmursuz keçəcək, şimal-qərb küləyi isə arabir güclənəcək. Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Abşeronda havanın temperaturu gecə 20-24° isti, gündüz 30-33° isti olacaq. Paytaxtda isə gecə 22-24° isti, gündüz 30-32° isti olacaq.
Ölkənin rayonlarında hava, əsasən, yağmursuz keçəcək, qərb küləyi isə arabir güclənəcək. Bəzi şimal və qərb rayonlarında şimşək çaxacaq və qısamüddətli yağış yağacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti təşkil edəcək.