İyunun 15-də hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 20-22°, gündüz 30-32° isti olacaq.
Əksər rayonlarda hava yağmursuz olacaq, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22°, gündüz 31-36°, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq.