Oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-15°, gündüz 20-22° isti olacaq.
Rayonlarda gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17°, gündüz 20-25°, dağlarda gecə 3-6°, gündüz 7-12° isti olacaq.