Bakıda və Abşeron yarımadasında iyunun 8-də hava şəraiti dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 18-20°, gündüz 26-28° isti olacaq.
Bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20°, gündüz 30-35°, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaq.