Mayın 25-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 12-14°, gündüz 17-19° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14°, gündüz 18-23°, dağlarda gecə 0-4°, gündüz 4-8° isti olacaq.