Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. Bununla bağlı mayın 24-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsini 2015-ci ildən icra edib. Digər sərəncamla o, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Eyni gündə imzalanan sərəncamlara əsasən, Samir Məmmədov və Fərid Əhmədov da Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunub.