Bakıda çay evində quldurluq hadisəsi baş verib. Bu barədə mayın 17-də Daxili İşlər Nazirliyindən APA-ya bildirilib.
Hadisə H.Seyidzadə küçəsində yerləşən çay evlərinin birində qeydə alınıb. Paytaxt sakini A.Məmmədovun 420 manat pulu quldurluq yolu ilə talanıb.
Quldurluğu törətməkdə şübhəli bilinən Astara sakini Hüseyn Teymurov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.